Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir M.Əliyev/
Fövqəladə Hallar Nazirliyinin qurumları arasında armrestlinq üzrə növbəti çempionat keçirilib. Çempionatda 17 komandadan 80-ə yaxın idmançı 6 çəki dərəcəsində güclərini sınayıblar. Yarışları beynəlxalq dərəcəli hakim Azad Mustafayev və respublika dərəcəli hakim Vaqif Hüseynov idarə edib.
Nəticədə, komanda hesabı üzrə birinciliyi Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) komandası əldə edib. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Mülki Müdafiə Qoşunlarının (MMQ) və FHN Akademiyasının komandaları tutublar. Məlumatı Trend FHN-nin rəsmi İnternet saytına istinadən yayıb.
Şəxsi birinciliyə görə, 65 kq çəki dərəcəsində birinci yeri Fərid Məmmədov (Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX)), ikinci yeri Röyal Hüseynov (Akademiya), üçüncü yeri Sərxan Rüstəmov (DSXX), 70 kq çəki dərəcəsində birinci yeri Abbas Paşayev (Dövlət Yanğından Mühafizə Xidməti (DYMX)), ikinci yeri Səmədağa Paşayev (Akademiya), üçüncü yeri Beyrək Bağırov (MMQ), 75 kq çəki dərəcəsində birinci yeri Yavər Novruzov (MMQ), ikinci yeri Vüsal Əsgərov (Akademiya), üçüncü yeri Adil Cəfərov (DSXX), 80 kq çəki dərəcəsində birinci yeri İbrahim Məhərrəmov (MMQ), ikinci yeri Fərhad Tağıyev (DSXX), üçüncü yeri Rasim Əzimov (DYMX), 90 kq çəki dərəcəsində birinci yeri Yalçın Məmmədov (XRXX), ikinci yeri Əsəd Babayev (DSXX), üçüncü yeri Elçin Rzayev (Akademiya), 90 kq-dan yuxarı çəki dərəcəsində birinci yeri Rəşad Hacıyev (Sumqayıt Regional Mərkəzi), ikinci yeri Samir Hüseynov (Dövlət Yanğın Nəzarəti Xidməti), üçüncü yeri isə Faiq Əhmədov (XRXX) qazanıb.