Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/
Bakıda keçirilən gənc boksçular arasında dünya çempionatında yarışa 6 idmançı ilə qatılan Ermənistan yığmasının üç boksçusu ilk iki gündə mübarizəni dayandırıb.
Trend-in məlumatına görə, bu gün 48 kq çəki dərəcəsində rinqə çıxan Koryun Soqomonyan qazaxıstanlı Nurbek Ablazov qarşısında aciz qalıb. Rəqibindən aşkar şəkildə geri qalan erməni boksçu sonda "ağ bayraq" qaldırıb. Çəkisi 54 kq olan boksçuların mübarizəsində Hovannes Baçkov latviyalı Edqaras Skurdelislə döyüşdə məğlub olub.
Dünən "Sərhədçi" Olimpiya İdman Kompleksində daha bir erməni - Karen Tonakanyan uduzaraq mübarizəni dayandırıb.