...

Azərbaycan Ali Məhkəməsi daşınmaz əmlaka mülkiyyət hüququnun verilməsi ilə bağlı məhkəmə təcrübəsini ümumiləşdirib

Cəmiyyət Materials 13 May 2010 13:04 (UTC +04:00)
Ali Məhkəmədən cümə axşamı Trend-ə verilən məlumata görə, məhkəmə ümumiləşdirməsi məhkəmələrin 2007-2008-ci illər ərzində daşınmaz əmlaka mülkiyyət hüququnun verilməsi ilə bağlı qərarlarını əhatə edir.
Azərbaycan Ali Məhkəməsi daşınmaz əmlaka mülkiyyət hüququnun verilməsi ilə bağlı məhkəmə təcrübəsini ümumiləşdirib

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ali Məhkəməsi daşınmaz əmlaka mülkiyyət hüququnun verilməsi ilə bağlı məhkəmə təcrübəsini ümumiləşdirib.

Ali Məhkəmədən cümə axşamı Trend-ə verilən məlumata görə, məhkəmə ümumiləşdirməsi məhkəmələrin 2007-2008-ci illər ərzində daşınmaz əmlaka mülkiyyət hüququnun verilməsi ilə bağlı qərarlarını əhatə edir.

Ümumiləşdirmə zamanı məhkəmələr tərəfindən bu sahədə yol verilən nöqsanlar öyrənilib, təhlil olunub. Ümumiləşdirmədə özbaşına tikililərə mülkiyyət hüququ verən məhkəmə qərarları da öyrənilib.

Republikanın əksər rayon və şəhər məhkəmələrinin, apelyasiya məhkəmələrinin bu sahədəki qərarları ümumiləşdirilib və təhlil olunub. Ən çox pozuntu və nöqsanlara Bakı, Sumqayıt, Gəncə və digər böyük şəhər və rayonların məhkəmələri tərəfindən yol verilib.

Ümumiləşdirmənin nəticəsi Ali Məhkəmənin gələn ay keçiriləcək plenumunda müzakirəyə çıxarılacaq. Baş verən nöqsanların qarşısının aradan qaldırılması üçün məhkəmələrə tövsiyələr veriləcək.

Xəbər lenti

Xəbər lenti