...

Azərbaycanda mətbuat ən çox müəllif hüququ pozulan sahədir - Müəllif Hüquqları Agentliyinin rəhbəri

Cəmiyyət Materials 14 May 2010 16:59 (UTC +04:00)
Azərbaycan Müəllif Hüquqları Agentliyinin rəhbəri hesab edir ki, kütləvi informasiya vasitələrində müəllif hüquqlarının qorunması üçün maarifləndirməyə ehtiyac var.
Azərbaycanda mətbuat ən çox müəllif hüququ pozulan sahədir - Müəllif Hüquqları Agentliyinin rəhbəri

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Müəllif Hüquqları Agentliyinin rəhbəri hesab edir ki,mətbuat ən çox müəllif hüququ pozulan sahədir. Kütləvi informasiya vasitələrində müəllif hüquqlarının qorunması üçün maarifləndirməyə ehtiyac var.

"Söz azadlığını, mətbuat sərbəstliyini əsas tutan jurnalist ordusu azadlığın, sərbəstliyin nəticələrini qoruyan müəlliflik hüququna hörmət və ehtiramla yanaşmalıdır", - Trend-in məlumatına görə cümə axşamı "Kütləvi informasiya vasitələrində müəlliflik hüququ: problemlər və həll yolları" mövzusunda keçirilən dəyirmi masada Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov bildirib.

İmanov deyib ki, mütəxəssislərin məlumatlarına görə, internet-nəşrlərin təxminən 30 faizi həqiqətən günün yeniliklərini yaradır, qalan 70 faizi isə onları sadəcə olaraq köçürür.

"Əgər internet şəbəkəsində fonoqram istehsalçılarının hüquqlarının pozulması bir qayda olaraq, adi vətəndaşlar - şəbəkə istifadəçiləri tərəfindən törədilirsə, internet-nəşrlərin hüquqları isə şəbəkədə elə internet-nəşrlər tərəfindən pozulur", - agentlik rəhbəri əlavə edib.

Onun sozlərinə görə, bəziləri fikirləşir ki, əgər yeni xəbərlərlə bağlı informasiya müəlliflik hüququ ilə qorunmursa, onda onları sərbəst istifadə etmək olar. "Doğrudan da xəbər o zaman müəlliflik hüququ olur ki, informasiya xarakterli çərçivədən çıxır, yəni artıq özündə şərhləri, təhlilləri ehtiva etməklə yaradıcılıq məhsuluna çevrilir. Bununla belə, qeyd etmək lazımdır ki, peşəkar jurnalist üçün xəbəri öz sözləri ilə yazmaq, onu ilkin mənbəyə istinad etmədən öz saytında yerləşdirmək elə də çətin iş deyil. Belə olan halda o, hesab edir ki, isnadsız istifadə etdiyi faktlar haqqında məlumatlar qorunmur. Lakin bu, heç də belə deyil", - İmanov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti