...

Mayın ikinci ongünlüyündə Kürdə suyun sərfi azalıb – Ekologiya Nazirliyi

Cəmiyyət Materials 25 May 2010 13:01 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi mayın ikinci ongünlüyündə sərhədyanı Kür və Araz çaylarında suyun çirklənmə səviyyəsinin növbəti monitorinqini keçirib. Bu barədə Trend News-a çərşənbə axşamı idarənin mətbuat xidmətindən bildiriblər.
Mayın ikinci ongünlüyündə Kürdə suyun sərfi azalıb – Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi mayın ikinci ongünlüyündə sərhədyanı Kür və Araz çaylarında suyun çirklənmə səviyyəsinin növbəti monitorinqini keçirib. Bu barədə Trend -a çərşənbə axşamı idarənin mətbuat xidmətindən bildiriblər.

Birinci ongünlüklə müqayisədə mayın ikinci ongünlüyündə Kür çayında suyun sərfi saniyədə 133 kubmetr azalıb və saniyədə 782 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə görə, çayın Gürcüstan və Ermənistan ərazilərində çirklənməyə məruz qaldığı məntəqələrdə suyun spesifik çirkləndiriciləri - fenol və mis birləşmələrinin miqdarı, eləcə də biogenetik maddələrin qatılığının yol verilən həddən dəfələrlə çox olması qeydə alınıb.

Tədqiqat aparılan dövrdə Araz çayında suyun sərfi saniyədə 684 kubmetr təşkil edib.

Bütün məntəqələrdə oksigen rejimi 1 litrdə 6,00-6,56 milliqram qalıb və sanitar normaları çərçivəsində dəyişib.

Xəbər lenti

Xəbər lenti