Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir M.Əliyev/
Almaniyanın Martin Lüter adına Universitetinin təbiət elmləri fakültəsinin professoru Gerbert Polmanın Azərbaycan Milli Elmlər Akademiyası yanında Geologiya İnstitutuna səfəri zamanı gələcəkdə mineralogiya sahəsində əməkdaşlıq etmək istəyi barədə bildirib. Bu barədə Geologiya İnstitutunun məlumatında deyilir.
İnstitutun direktoru Akif Əlizadə ilə görüşən professorun sözlərə görə, o, Azərbaycanı yalnız neft-qaz ölkəsi kimi deyil, həm də filiz və qeyri-filiz yataqları ilə zəngin olan bir ölkə kimi tanıyır. "Azərbaycan və Almaniyanın qeyri-filiz yataqları arasında olan oxşarlıq və fərqlərin öyrənilməsi gələcək əməkdaşlığın məqsədlərindən biri ola bilər", - Polman deyib.
Əməkdaşlığın qaydaya salınması üzrə konkret addımlar Martin Lüter adına Universitetdə səfərin yekunlarının müzakirəsindən sonra atılacaq.