...

Üzeyir Hacıbəyovun abidə kompleksində aparılan tikinti işləri yekunlaşıb

Cəmiyyət Materials 2 İyun 2010 17:03 (UTC +04:00)
Abidə kompleksinin inşa edildiyi xiyabanın eni 23 metr, ərazinin uzunluğu 61 metr təşkil edir. 1340 kvadratmetrlik abadlaşdırılan sahənin təxminən 740 kvadratmetr hissəsində tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən dekorativ ağac və kollar əkilib, oturacaqlar quraşdırılıb.
Üzeyir Hacıbəyovun abidə kompleksində aparılan tikinti işləri yekunlaşıb

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Sumqayıt şəhərində Üzeyir Hacıbəyov küçəsində inşa edilən dahi bəstəkarın abidə kompleksində aparılan tikinti işləri yekunlaşıb.

Abidə kompleksinin inşa edildiyi xiyabanın eni 23 metr, ərazinin uzunluğu 61 metr təşkil edir. 1340 kvadratmetrlik abadlaşdırılan sahənin təxminən 740 kvadratmetr hissəsində tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən dekorativ ağac və kollar əkilib, oturacaqlar quraşdırılıb. Hazırda ərazidə müasir işıqlandırma sistemi quraşdırılır.

Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Hacıbəyovun abidəsinin ümumi hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m-dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib, üzərində 5 metr yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin, tar, kamança və qavalın tökmə bürüncdən təsviri yerləşib.

Xəbər lenti

Xəbər lenti