...

Azərbaycanda Avropa gənclərinin sülhün tənzimlənməsində rolu ilə bağlı təlim keçiriləcək

Cəmiyyət Materials 4 İyun 2010 17:22 (UTC +04:00)
Azərbaycanda Avropa gənclərinin sülhün tənzimlənməsi və münaqişələrin idarə olunmasında rolu ilə bağlı təlim keçiriləcək. Bu barədə Trend-ə təlimin təşkilatçılarından olan "İrəli" İctimai Birliyindən bildiriblər.
Azərbaycanda Avropa gənclərinin sülhün tənzimlənməsində rolu ilə bağlı təlim keçiriləcək

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Avropa gənclərinin sülhün tənzimlənməsi və münaqişələrin idarə olunmasında rolu ilə bağlı təlim keçiriləcək. Bu barədə Trend-ə təlimin təşkilatçılarından olan "İrəli" İctimai Birliyindən bildiriblər.

Tədbirdə bir neçə münaqişənin baş verdiyi və hələ də dondurulmuş vəziyyətdə olduğu Şərqi Avropa və Qafqaz regionunda münaqişə menecmenti və münaqişələrin sülh yolu ilə həlli müzakirə olunacaq.

Avropanın 18 ölkəsindən 40 nəfər iştirakçının iyun ayının 5-dən 12-dək Oğuz rayonunda təşkil olunacaq təlimləri Avropa Şurasının Gənclər və İdman Direktorluğunun və Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Həmçinin təlimin Avropa Qonşuluq Siyasəti kontekstində Şərq-Qərb tərəfdaşlığının inkişafına xüsusi diqqət yetirərək münaqişələrin təhlilinə və gənclərin bu sahədə fəaliyyətinə önəm verən layihələrin yaranmasına stimul verəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti