...

Amerikalı məşqçi Azərbaycan futbolçuları üçün məşqlər keçirəcək

Cəmiyyət Materials 11 İyun 2010 15:05 (UTC +04:00)
İki elit amerikalı futbol məşqçisi iyun ayının 13-dən 18-nə kimi azərbaycanlı gənclər və gənc məşqçilər üçün futbol sahəsində təcrübənin artırılmasına dair xüsusi silsilə məşqlər keçirmək məqsədilə Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə cümə günü ABŞ-ın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Amerikalı məşqçi Azərbaycan futbolçuları üçün məşqlər keçirəcək

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir M.Əliyev/

İki elit amerikalı futbol məşqçisi iyun ayının 13-dən 18-nə kimi azərbaycanlı gənclər və gənc məşqçilər üçün futbol sahəsində təcrübənin artırılmasına dair xüsusi silsilə məşqlər keçirmək məqsədilə Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə cümə günü ABŞ-ın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Onlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə məsləhətləşmələr də aparacaq. 1999-cu ilin qadınlar arasında keçirilən Dünya Kubokunun qalibi Sindi Parlou və keçmiş premyer liqa futbolunun sabiq məşqçisi Jon Koun peşəkar səviyyədə futbol oynayıblar və gənclər yetişdirən təcrübəli məşqçilərdir.

Futbol nümayəndələrinin səfəri Amerikanın Bakıdakı Səfirliyi, Dövlət Departamentinin təhsil və mədəniyyət məsələləri bürosunun, Birləşmiş İdman Mərkəzinin AFFA, Gənclər və İdman Nazirliyinin bölgə rəsmilərinin dəstəyi ilə ərsəyə gəlib.

Səfərin məqsədi azərbaycanlı gənclər və məşqçilərlə onların futbol və məşq bacarıqlarının artırılması istiqamətində işləmək, sağlam həyat üçün ideyaları bölüşmək və idmanı təhsilin vacibliyini vurğulayan yaxşı balanslaşdırrılmış həyat kontekstinə daxil etməkdir.

Amerikalı cütlük iyun ayının 13-də Mərdəkanın Qala ərazisində oğlanlar və qızlar üçün futbol sahəsində təcrübənin artırılmasına dair xüsusi məşqlər keçirəcək. İştirakçılara Qalada ABŞ-ın müdafiə əməkdaşlığı ofisinin dəstəyi ilə tikilmiş məktəbin şagirdləri və qaçqın icmalarından olan şagird və müəllimlər də qoşulacaq. Onlar 14-15 iyunda Bakıda AFFA rəsmiləri, o cümlədən, baş katib Elxan Məmmədovla görüşəcək, qızlar və gənc liqalar, məktəblərdən 20 gənc məşqçi üçün futbol sahəsində təcrübənin artırılmasına dair xüsusi məşqlər keçirəcək. 16-18 iyunda futbol nümayəndələri bölgələrə, o cümlədən, Şamaxı, Xaçmaz və Qubaya səfərlər edəcək və orada oğlan və qızlardan ibarət qarışıq qruplardan, təxminən, 220 gənc üçün xüsusi məşqlər təşkil etməyə müvəffəq olacaqlar.

Xəbər lenti

Xəbər lenti