...

Azərbaycanda Araz çayının yeni qolu 76 min hektar ərazini əhatə edə bilər - Torpaq və Xəritəçəkmə Komitəsinin sədri

Cəmiyyət Materials 17 İyun 2010 11:11 (UTC +04:00)
Araz çayının hövzəsində müasir tələblərə cavab verən kanal qazılacaq, - bu barədə hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.
Azərbaycanda Araz çayının yeni qolu 76 min hektar ərazini əhatə edə bilər - Torpaq və Xəritəçəkmə Komitəsinin sədri

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir M. Əliyev/

Araz çayının hövzəsində müasir tələblərə cavab verən kanal qazılacaq, - bu barədə hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

"Araz çayının yeni qolunun uzunluğu 130 km təşkil edərək, saniyədə 500 kubmetr  həcm olarsa, 76 min hektar ərazini əhatə edə bilər. Amma bu o demək deyil ki, gələcəkdə də çayın yeni qolu bu qədər ərazini əhatə edəcək. Suyun idarəolunması üçün xüsusi şlüzlər, istiqamətverici bəndlər və digər hidrotexniki qurğular inşa ediləcək", - Məmmədov bildirib.

Onun sözlərinə görə, Araz çayının yeni qolu İmişli, Biləsuvar, Cəlilabad, Masallı, Neftçala və Lənkəran rayonları ərazisinin bir hissəsi ilə keçərək, Xəzər dənizinə daxil olur.

Komitə sədri həmçinin bildirib ki, Kür və Araz çaylarının aktiv təsirinə məruz qalmış İmişli rayonu üzrə 14 770 ha, Sabirabad rayonu üzrə 43 726 ha, Hacıqabul rayonu üzrə 2 470 ha, Biləsuvar rayonu üzrə 120 ha və Saatlı rayonu üzrə 8 926 ha olmaqla, cəmi 70 012 ha torpaq sahələrinin yeri və ölçüsü naturada dəqiqləşdirilmiş və ilkin variantda xəritələşdirilmişdir. "Təbii fəlakət zamanı dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan 75 856 hektar torpaq sahəsi su altında qalıb", - Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti