...

Azərbaycan hökuməti Qırğızıstan qaçqınları ilə yaranmış çətin vəziyyətlə bağlı təəssüf hissi keçirir - Baş nazirin müavini

Cəmiyyət Materials 18 İyun 2010 12:46 (UTC +04:00)

Аzərbaycan, Bakı, 18 iyun /Trend, müxbir К.Zərbalıyeva/

Azərbaycan hökuməti Qırğızıstan qaçqınları ilə yaranmış çətin vəziyyətlə bağlı təəssüf hissi keçirir, - cümə günü jurnalistlərə Baş nazirin müavini, Azərbaycanın Qaçqınlar və Məcburi Köçkünlər Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib.

"Azərbaycan hökumətinin münaqişələrin yaranmasına münasibəti mənfidir. Bizə qaçqınların problemi çox yaxşı tanışdır. Bu gün Qırğızıstanda çoxlu sayda qaçqın var və biz buna görə təəssüflənirik", - Həsənov deyib.

"Qırğızıstanın müvəqqəti hakimiyyət orqanları ölkənin probleminin həll edilməsi üçün bir çox beynəlxalq strukturlara müraciət ediblər, lakin heç bir qurum dövlətin razılığı olmadan bu insanlara humanitar yardım göstərə bilməz", - Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti