...

Azərbaycan ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı

Cəmiyyət Materials 6 İyul 2010 20:33 (UTC +04:00)
2010/2011-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə iyulun 4-də keçirilən qəbul imtahanının nəticələri iyulun 6-da saat 19:20-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.
Azərbaycan ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı

Azərbaycan, Bakı, 6 iyul /Trend/

2010/2011-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə iyulun 4-də keçirilən qəbul imtahanının nəticələri iyulun 6-da saat 19:20-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. Bu barədə Komissiyanın press-relizində deyilir.

İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.

III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 33316 abituriyent sənəd vermişdi. Onlardan 31764 nəfəri imtahan verib, 1552 abituriyent isə imtahanda iştirak etməyib.

Test imtahanının nəticəsinə əsasən 8435 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

III ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub.

İxtisas seçimi iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub.

III ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər aşağıdakı abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

III ixtisas qrupu üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən az olmayan abituriyentlər iştirak edə bilər.
Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.

Xəbər lenti

Xəbər lenti