...

"Qarabağ" Avropa Liqasının növbəti mərhələsinə çıxıb

Cəmiyyət Materials 8 İyul 2010 23:02 (UTC +04:00)
Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçirilən "Metalurq" Skopye - "Qarabağ" Ağdam matçı 1:1 hesabı ilə heç-heçə başa çatıb. İki matçın nəticəsinə görə "Qarabağ" növbəti mərhələyə yüksəlib.
"Qarabağ" Avropa Liqasının növbəti mərhələsinə çıxıb

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçirilən "Metalurq" Skopye - "Qarabağ" Ağdam matçı 1:1 hesabı ilə heç-heçə başa çatıb. İki matçın nəticəsinə görə "Qarabağ" növbəti mərhələyə yüksəlib.

Oyunun birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də hesab açılmadı.

İkinci hissədə "Qarabağ"ın yarımmüdafiəçisi Emin İmaməliyev 69-cu dəqiqədə hesabı açıb. 78-ci dəqiqədə isə "Metalurq"un oyunçusu Krstev hesabı bərabərləşib.

İlk oyunda Ağdam təmsilçiləri rəqibini 4:1 hesabı ilə darmadağın etmişdi.

Xəbər lenti

Xəbər lenti