...

Azərbaycanda adlarla bağlı tətbiq ediləcək "işıqfor" mexanizmi ölkədə yaşayan digər millətlərə şamil olunmayacaq - komissiyanın üzvü

Cəmiyyət Materials 21 İyul 2010 16:13 (UTC +04:00)
Azərbaycanda adlarla bağlı tətbiq ediləcək "işıqfor" mexanizmi ölkədə yaşayan digər millətlərə şamil olunmayacaq.
Azərbaycanda adlarla bağlı tətbiq ediləcək "işıqfor" mexanizmi ölkədə yaşayan digər millətlərə şamil olunmayacaq - komissiyanın üzvü

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda adlarla bağlı tətbiq ediləcək "işıqfor" mexanizmi ölkədə yaşayan digər millətlərə şamil olunmayacaq.

"Bu gün Azərbaycanda işlənən yarım milyondan yuxarı adlar öyrənilib. Bu adların tətbiqi Azərbaycan vətəndaşı olan, lakin ruslar, belaruslar, ukraynalılar, tatarlar, ləzgilər, gürcülər və digər xalqlara şamil edilməyəcək. Söhbət onlardan getmir. Çünki onların özünün ənənəvi adqoyma sistemi var. Yalnız azərbaycanlı olan insanların adlarına yeni mexanizm tətbiq ediləcək", - bunu çərşənbə günü Trend-ə yeni adların tətbiqi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yaradılan komissiyanın üzvü, deputat Nizami Cəfərov deyib.

Azərbaycanda insan adlarının qoyulmasında yeni mexanizm tətbiq olunacaq. Bu barədə daha öncə Trend-ə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib.

"Hazırda Ədliyyə Nazirliyinin təqdimatı ilə AMEA-nın alimlərdən ibarət komissiyası ölkə vətəndaşlarının adlarının mənasını araşdırır və "işıqfor" adlı mexanizmə əsaslanaraq həmin siyahını Ədliyyə Nazirliyinə təqdim edəcək", - Əliquliyev bildirib.

Cəfərov deyib ki, "işıqfor" sistemi bunun texniki metodologiyasıdır.

"Elə adlar var ki, biz onlara "yaşıl işıq" yandırmalıyıq. Misal üçün Əli, Həsən, Məmməd, Anar və s. adlardır ki, onlarda heç bir səhv yoxdur. Bunlar bizim üçün doğma adlardır. Elə adlar var ki, bu adlara biz "sarı işıq" yandırırıq. Bu, mübahisəli adlardır. Yəni ki, bu ad qoyula da bilər, qoyulmaya da bilər. Bunların içində ənənəvi olanı da var, yeni yarananları da var. Məsələn Amaliya adı. Bu, ənənəvi olaraq var. Bu adı nə böyük istəklə qəbul etmək asandır, nə də etiraz etmək çətindir. Bu tipli adlar gələcəkdə də olacaq. Biri uşağının adını Ceyms qoyacaq. Qarışıq nikahlarda uşağın adı da başqa millətə məxsus ola bilər. Bu adlara da "sarı işıq" tətbiq olunacaq. "Qırmızı işıq" o adlara tətbiq olunacaq ki, tamamilə səhvdir", - Cəfərov deyib.

Xəbər lenti

Xəbər lenti