...

Azərbaycan yeniyetmələrin Olimpiadasında beşinci qızıl medalı qazanıb

Cəmiyyət Materials 17 Avqust 2010 17:05 (UTC +04:00)
Sinqapurda keçirilən yeniyetmələrin ilk "Olimpiada-2010"da Azərbaycan beşinci qızıl medalı qazanıb.
Azərbaycan yeniyetmələrin Olimpiadasında beşinci qızıl medalı qazanıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir M.Əliyev/

Sinqapurda keçirilən yeniyetmələrin ilk "Olimpiada-2010"da Azərbaycan beşinci qızıl medalı qazanıb.

Azərbaycana növbəti qızıl medalı finalda kubalı idmançı Abraham de Hesus Konedo Ruanoya qalib gələn sərbəst güləşçimiz Əli Məhəmmədəbirov (100 kq) qazandırıb.

Çərşənbə axşamı Azərbaycana daha bir qızıl medalı ikili yarışmada 295 kq qaldırmış ağır atlet Nicat Rəhimov qazandırıb. Gümüş medalı isə güləşçi Kənan Quliyev (54 кг) qazanıb.

Olimpiadanın ilk günündə Azərbaycan güləşçiləri Murad Bazarov, Elman Muxtarov və sərbəst güləşçimiz Patimat Baqomedova (52 kq) qızıl medal qazanıblar.

Yeniyetmələrin ilk Olimpiya Oyunları 2010-cu il avqustun 14-dən 26-dək keçirilir.

Sinqapurda idmanın 29 növü üzrə 3,5 mindən çox idmançı yarışır.

Xəbər lenti

Xəbər lenti