...

Azərbaycanın futbol klubu müsabiqə qaliblərini mükafatlandırıb

Cəmiyyət Materials 20 Avqust 2010 12:14 (UTC +04:00)
Azərbaycanın "Qəbələ" futbol Klubu və "Britaniya Hava Yolları" Şirkəti "Böyük Britaniya və Azərbaycan futbolu arasında 5 oxşarlıq və 5 fərqlilik" mövzusunda azərbaycanlı futbol həvəskarları arasında müsabiqə keçirib.
Azərbaycanın futbol klubu müsabiqə qaliblərini mükafatlandırıb

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın "Qəbələ" futbol Klubu və "Britaniya Hava Yolları" Şirkəti "Böyük Britaniya və Azərbaycan futbolu arasında 5 oxşarlıq və 5 fərqlilik" mövzusunda azərbaycanlı futbol həvəskarları arasında müsabiqə keçirib. Cümə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında qaliblərə mükafatlar təqdim olunub.

"Qəbələ" futbol klubu olaraq, futbolun biznes kimi inkişafı üçün labüd addımların atılmasının gərəkliliyini düşünür və biznes qolu kimi inkişafı üçün zəruri addımlar atırıq. Bu müsabiqə bu istiqamətdə atılan kiçik bir addım olsa da, mühüm bir addımdır". Trend-in verdiyi məlumata görə, bu barədə müsabiqə qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbirdə çıxışı zamannı "Qəbələ" futbol klubunun marketinq üzrə meneceri Səməd Nəsibov bildirib.

Nəsibov futbol klubu tərəfindən gələcəkdə görülməsi nəzərdə tutlan işlərdən də danışıb.

"Yanvar ayında klub, ümumi azarkeş tutumu 15-16 min nəfər olan yeni stadion tikintisinə başlanılacaq. Stadionun 18 ay ərzində tikilib istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, klubun "Fan klub"unu da inkişaf etdirmək, yeni texnologiyalardan istifadə etmək istiqamətində addımlar atacağıq", - Nəsibov deyib.

Xəbər lenti

Xəbər lenti