...

Azərbaycanda Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə əcnəbi şəxslər ciddi nəzarətdə saxlanılır - Miqrasiya Xidmətinin rəisi

Cəmiyyət Materials 2 Sentyabr 2010 18:09 (UTC +04:00)
Azərbaycanda Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə daxil olduqdan sonra harada olması və hansı işlə məşğul olması müşahidə olunur, ciddi nəzarətdə saxlanılır.
Azərbaycanda Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə əcnəbi şəxslər ciddi nəzarətdə saxlanılır - Miqrasiya Xidmətinin rəisi

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisinə daxil olduqdan sonra ciddi nəzarətdə saxlanılır. Trend-in məlumatına görə, bunu cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi internet saytına müsahibəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov bildirib.

Dövlət Miqrasiya Xidmətinin rəisi cari ilin ilk 6 ayı ərzində qurumun əməkdaşları tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 6 092 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması hallarının müəyyən edildiyini, onlardan 1 736 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamalarının leqallaşdırıldığını, 3 792 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etməsi, 564 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarların qəbul edildiyini bildirib.

Rəhimovun sözlərinə görə, VMMS ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmin olunması sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaradıb.

Xəbər lenti

Xəbər lenti