...

Azərbaycanın Ombudsman Aparatı ilə YUNİSEF-in birgə əməkdaşlıq məsələləri müzakirə olunub

Cəmiyyət Materials 24 Sentyabr 2010 15:52 (UTC +04:00)
Azərbaycanın Ombudsman Aparatı ilə YUNİSEF-in birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Bu barədə cümə günü Ombudsman Aparatının mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın Ombudsman Aparatı ilə YUNİSEF-in birgə əməkdaşlıq məsələləri müzakirə  olunub

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Ombudsman Aparatı ilə YUNİSEF-in birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Bu barədə cümə günü Ombudsman Aparatının mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevard ilə cümə günü keçirilən görüşü zamanı əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Ombudsman Süleymanova Azərbaycanda uşaq hüquqlarının müdafiəsi üzrə görülən işlər və nəzərdə tutlan tədbirlər haqqında məlumat verib.

Müvəkkil vaxtilə YUNİSEF-in dəstəyi ilə yaradılmış, Təhsil Nazirliyinin balansında olan 26 uşaq resurs mərkəzinin fəaliyyətinin genişləndirilməsinin, ombudsmanın regional ofisləri əməkdaşlarının burada iştirakının, həmin mərkəzlərin fəaliyyətinin uşaq hüquqlarının təbliğinə yönəldilməsinin vacibliyini nəzərə çatdırıb.

Herevard ombudsman təsisatının və müvəkkilin regional mərkəzlərinin uşaq hüquqları sahəsində bilik və bacarıqlarının, fəaliyyət imkanlarının daha da inkişaf etdirilməsinə, habelə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" BMT Konvensiyasının ölkəmizdə tətbiqi üzrə monitorinqə, adıçəkilən uşaq resurs mərkəzlərinin işi ilə birlikdə tanış olaraq, bu istiqamətdə də müvafiq kömək göstərməyə hazır olduğunu bildirib.

Müvəkkil qonağın ölkəmizdə erkən nikahların yolverilməzliyi, reproduktiv sağlamlıq üzrə həyata keçirilən tədbirlərlə bağlı suallarını da ətraflı cavablandırıb.

Ombudsman təsisatda hazırlanmış hüquqi ədəbiyyatın, o cümlədən uşaq hüquqlarının müdafiəsi ilə bağlı ixtisaslaşmış hesabatın kitab şəklində təkrar nəşr edilməsində dəstək verilməsini təklif edib.

Fikir mübadiləsi şəraitində keçən görüşdə milli müstəqil uşaq müdafiə mexanizminin gücləndirilməsi məsələsinə də toxunulub.

Xəbər lenti

Xəbər lenti