...

Azərbaycan və Rusiyanın ali məktəbləri əməkdaşlıq haqqında memorandum imzalayıblar

Cəmiyyət Materials 27 Sentyabr 2010 16:45 (UTC +04:00)
Moskvanın Fiziki-Texniki İnstitutu və Bakı Dövlət Universiteti əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Azərbaycan və Rusiyanın ali məktəbləri əməkdaşlıq haqqında memorandum imzalayıblar

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Moskvanın Fiziki-Texniki İnstitutu və Bakı Dövlət Universiteti əməkdaşlıq haqqında memorandum imzalayıblar. Sənəd İnstitutun ümimi və tətbiqi fizika fakültəsinin dekanı Mixail Truninin Bakıya səfəri çərçivəsində imzalanıb. Bu barədə BDU-nun məlumatında deyilir.

Sənəd aşağıdakı sahələri əhatə edir: tədqiqatçı, aspirant və magistrlərlə mübadilə, BDU-nun tövsiyəsi ilə MFTİ ETU-da müsahibə və sınaqların nəticələri üzrə MFTİ-yə bakalavriatura və magistratura proqramları üzrə qəbul. Təhsil həm müqavilə əsasında, həm də RF büdcəsi hesabına ola bilər. Eləcə də tələbələrin BDU və MFTİ ETU-nun laboratoriyalarında təcrübə keçməsi, birgə layihələr üzrə tədqiqatların aparılması da nəzərdə tutulub. Tərəflər alim və müəllimlərin ixtisaslarının artırılması məqsədilə informasiya mübadiləsi, birgə seminar və konfransların təşkili, birgə layihə və proqramlarda iştirak barədə də razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti