...

Azərbaycan ilə Çexiya arasında sosial təminat sahəsində saziş imzalanacaq

Cəmiyyət Materials 29 Sentyabr 2010 11:27 (UTC +04:00)
Azərbaycan və Çexiya arasında sosial təminat sahəsində saziş imzalanacaq
Azərbaycan ilə Çexiya arasında sosial təminat sahəsində saziş imzalanacaq

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Çexiya arasında sosial təminat sahəsində saziş imzalanacaq.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorunun çərşənbə günü yaydığı məlumata görə, bu barədə fondun nümayəndə heyətinin Cexiyaya səfəri zamanı iki ölkə arasında sosial təminat sahəsində saziş layihəsi müzakirə edilib.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mütəxəssislərindən və aparıcı şöbə müdirlərindən ibarət nümayəndə heyəti Cexiya Respublikasında səfərdə olub.

Çexiya Respublikasının pensiya orqanının dəvəti ilə baş tutan səfər zamanı iki ölkə arasında sosial təminat sahəsi ilə bağlı yeni saziş layihəsi və bir sıra digər mühüm məsələlər müzakirə olunub.

Məlumata görə, tərəflər "Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sosial təminat sahəsində saziş" layihəsini ətraflı müzakirə ediblər. Saziş layihəsi üzrə müzakirələrin nəticəsi olaraq, tərəflər arasında protokol imzalanıb, layihə ilə bağlı danışıqların ikinci mərhələsinin Bakı şəhərində keçirilməsi barədə razılığa gəlinib.

Xəbər lenti

Xəbər lenti