...

2010-cu ildə Azərbaycanda 8 000 miqrasiya qanunvericiliyini pozma faktı aşkarlanıb – Miqrasiya Xidmətinin rəhbəri

Cəmiyyət Materials 29 Sentyabr 2010 14:10 (UTC +04:00)
2010-cu ildə Azərbaycanda 8 000 miqrasiya qanunvericiliyini pozma faktı aşkarlanıb. Bu barədə çərşənbə günü jurnalistlərə Miqrasiya Xidmətinin rəhbəri Arzu Rəhimov deyib.
2010-cu ildə Azərbaycanda  8 000 miqrasiya qanunvericiliyini pozma faktı aşkarlanıb – Miqrasiya Xidmətinin rəhbəri

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

2010-cu ildə Azərbaycanda 8 000 miqrasiya qanunvericiliyini pozma faktı aşkarlanıb. Bu barədə çərşənbə günü jurnalistlərə Miqrasiya Xidmətinin rəhbəri Arzu Rəhimov deyib.

Rəhimovun sözlərinə görə, hansı ölkənin miqrasiya qanunvericiliyini pozmasını dəqiqləşdirmək çətindir; belə ki, ölkədə yaşayan bu və ya digər ölkənin vətəndaşlarının sayını hesablamaq vacibdir.

"Məsələn, Türkiyə vətəndaşlarının Azərbaycanda çoxluğunu nəzərə alaraq, onların payına daha çox hüquq pozuntusu faktları düşür", - Rəhimov deyib.

"Pakistan və Mərkəzi Asiya ölkələrindən mühacirlərin sayının az olmasına baxmayaraq, onlar tərəfindən miqrasiya qanunvericiliyini pozma faktlarına tez-tez rast gəlinir", - o əlavə edib.

"Miqrasiya Xidməti tərəfindən aparılan tədbirlər nəticəsində, 400-ə yaxın Çin vətəndaşı və təxminən, həmin sayda pakistanlılar ölkənin qanunvericiliyini pozduqlarına görə, Azərbaycan ərazisindən çıxarılıblar", - Rəhimov deyib.

Xəbər lenti

Xəbər lenti