...

Azərbaycanda son iki gündə yağan leysan yağışlar nəticəsində çaylarda sululuq artıb - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 6 Oktyabr 2010 15:52 (UTC +04:00)
Azərbaycanda son iki gündə yağan leysan yağışlar nəticəsində çaylarda sululuq artıb. Bu barədə çərşənbə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti yayıb.
Azərbaycanda son iki gündə yağan leysan yağışlar nəticəsində çaylarda sululuq artıb - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda son iki gündə yağan leysan yağışlar nəticəsində çaylarda sululuq artıb. Bu barədə çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, oktyabr 5-6 tarixlərində gecə və səhər yağan leysan yağışlar nəticəsində respublikanın çaylarında sululuq artıb, Balakən-Şəki bölgəsinin Kişçay, Şinçay, Küngütçay, Zəyzitşay, Qaraçay, Dəhnəçay, Daşağılçay, Əyriçay, Balakənçay, Mazımçay, Talaçay, Kürmükçay, Hamamçay və Türyançay çaylarından qısamüddətli daşqın keçib.

Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsi 30-90 sm, Quba-Xaçmaz bölgəsinin çaylarında 20-40 sm, Qazax-Gəncə bölgəsinin çaylarında isə 10-27 sm artıb.

Hazırda Respublikanın çaylarında sululuq ongünlük normadan yüksəkdir. Ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur.

Balakən-Şəki bölgəsi çaylarından keçən daşqınlarla əlaqədar, eyni zamanda, Gürcüstan ərazisində Qanıx və Kür çayının hövzələrinə yağan leysan yağışlar nəticəsində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 103 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 16 sm artıb.

Xəbər lenti

Xəbər lenti