...

Azərbaycanda dəfn mərasimlərini tənzimləyəcək qanun layihəsi hazırlanıb - Hidayət Orucov

Cəmiyyət Materials 8 Oktyabr 2010 12:48 (UTC +04:00)
"Komitə tərəfindən layihə hazırlanarkən başqa ölkələrin təcrübəsi öyrənilib. Layihə Milli Məclisə təqdim olunub və müzakirəyə çıxarılacaq", - Orucov deyib.
Azərbaycanda dəfn mərasimlərini tənzimləyəcək qanun layihəsi hazırlanıb - Hidayət Orucov

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanda dəfn mərasimlərini tənzimləyəcək qanun layihəsi hazırlanıb, - Trend-in məlumatına görə, bunu cümə günü hakim Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

"Komitə tərəfindən layihə hazırlanarkən başqa ölkələrin təcrübəsi öyrənilib. Layihə Milli Məclisə təqdim olunub və müzakirəyə çıxarılacaq", - Orucov deyib.

Komitə sədri, həmçinin, bildirib ki, ziyarətgahlarda toplanan nəzirlərə nəzarət məsələsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə müzakirə olunur.

Komitə sədrinin sözlərinə görə, gələcəkdə ziyarətgahların da fəaliyyəti dini icmalar kimi qanuniləşdiriləcək.

"Buna nəzarəti qanuni fəaliyyət göstərən dini icmalar həyata keçirəcəklər. Ora toplanan nəzirlər dini icmanın nəzarəti ilə lazım olan yerlərə xərclənəcək", - Orucov deyib.

Bir qədər sonra bu məsələ ilə bağlı müfəssəl məlumat veriləcəyini vurgulayan Orucov bildirib ki, QMİ bütün nəzir qutularına nəzarət edə bilmir.

"Azərbaycanda 500-dək ziyarətgah var. Onlardan 50-si daha məşhurdur. QMİ bütün ziyarətgahlara nəzarəti həyata keçirə bilmir", - komitə sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti