...

Azərbaycanda postsovet məkanında təhsilin humanitarlaşdırılmasına dair konsepsiyanın qəbulu müzakirə olunur – təhsil naziri

Cəmiyyət Materials 12 Oktyabr 2010 17:29 (UTC +04:00)
Postsovet məkanında təhsilin humanitarlaşdırılmasına dair ümumkonsepsiyanın qəbulu MDB iştirakçısı olan ölkələrin humanitar universitetlərinin rektorlarının və ali məktəblərin humanitar fakültələrinin dekanlarının Əlaqələndirmə Şurası Forumunun əsas məqsədidir. Bu barədə jurnalistlərə çərşənbə axşamı Azərbaycanın təhsil naziri Misir Mərdanov məlumat verib.
Azərbaycanda postsovet məkanında təhsilin humanitarlaşdırılmasına dair konsepsiyanın qəbulu müzakirə olunur – təhsil naziri

Azərbaycan, Bakı, 12 oktyabr /Trend Life, müxbir Zərinə Əhmədova/

Postsovet məkanında təhsilin humanitarlaşdırılmasına dair ümumkonsepsiyanın qəbulu MDB iştirakçısı olan ölkələrin humanitar universitetlərinin rektorlarının və ali məktəblərin humanitar fakültələrinin dekanlarının Əlaqələndirmə Şurası Forumunun əsas məqsədidir. Bu barədə jurnalistlərə çərşənbə axşamı Azərbaycanın təhsil naziri Misir Mərdanov məlumat verib.

Əlaqələndirmə Şurası Forumunun iclası Bakı Dövlət Universitetinin binasında keçiriləcək.    

Forumda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ukrayna, Rusiya və Tacikistandan 30 nümayəndə iştirak edəcək.

Nazirin sözlərinə görə, forum çərçivəsində forum iştirakçısı olan ölkələrin nümayəndələri arasında təcrübə mübadiləsi aparılacaq, eləcə də səkkiz ali məktəbə və bir neçə orta məktəbə baş çəkiləcək.

Xəbər lenti

Xəbər lenti