...

Hollandiyada üzərində Heydər Əliyev Fondunun emblemi olan poçt markaları dövriyyəyə buraxılıb

Cəmiyyət Materials 15 Oktyabr 2010 11:17 (UTC +04:00)
Hollandiyada üzərində Heydər Əliyev Fondunun emblemi olan poçt markaları dövriyyəyə buraxılıb.
Hollandiyada üzərində Heydər Əliyev Fondunun emblemi olan poçt markaları  dövriyyəyə buraxılıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir M.Əliyev/

Hollandiyada üzərində Heydər Əliyev Fondunun emblemi olan poçt markaları dövriyyəyə buraxılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin cümə günü yaydığı məlumata görə, Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) fəxri sədri Sahil Qasımovun təşəbbüsü və təklifi ilə qurumun sifarişi əsasında ölkənin Rabitə Nazirliyi rəsmi olaraq, üzərində Heydər Əliyev Fondunun embleminin təsvir olunduğu poçt markalarını dövriyyəyə buraxıb.

Markaların üzərində emblemin təsviri ilə yanaşı, ingilis dilində "Heydar Aliyev Foundation" sözləri yazılıb. Zərflərin üzərinə yapışdırılması nəzərdə tutulan bu markalı məktublar bütün Avropa ölkələrinə yayılacaq. Azərbaycanın Niderland Krallığındakı Səfirliyi də yeni markanın buraxılması ilə bağlı öz tövsiyələrini verib. Yaxın vaxtlarda yeni markanın təqdimatının keçirilməsi planlaşdırılır.

Azərbaycanla bağlı həqiqətləri Avropada yaymaqda xüsusi rolu olan Heydər Əliyev Fondu ilə ölkəmiz barədə onun hüdudlarından çox-çox uzaqlarda yerləşən Hollandiya vətəndaşlarını hərtərəfli məlumatlandıran BAK arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşıq fondun Hollandiyada yaşayan azərbaycanlı uşaqların ana dilində təhsil alması məqsədilə Amsterdam və Rotterdam şəhərlərində açılmış həftəsonu məktəblərini dərslik və dərs ləvazimatları ilə təmin etməsindən, onlara hərtərəfli qayğı göstərməsindən başlayıb. Bundan əlavə, fond Benilüks Azərbaycanlıları Konqresini Azərbaycan həqiqətlərindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından bəhs edən kitablar, broşürlər və digər əyani vəsaitlərlə təmin edib.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linqlərdir

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti