...

Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna 40 014 müraciət daxil olub

Cəmiyyət Materials 18 Oktyabr 2010 11:04 (UTC +04:00)
Azərbaycanda 9 ay ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") ümumilikdə 40 014 müraciət daxil olub.
Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna 40 014 müraciət daxil olub

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Azərbaycanda 9 ay ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") ümumilikdə 40 014 müraciət daxil olub.

DSMF-nin İctimaiyyətlə əlaqə sektorunun bazar ertəsi yaydığı məlumata görə, aparılan araşdırmalara əsasən, telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyıb.

Sorğu və müraciətlərin 52 faizi canlı rejimdə, birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılıb. Telefon məlumat xidmətinə ünvanlanan müraciətlərin 48 faizi isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib.

Hesabat dövründə "190" nömrəli telefon məlumat xidmətinə canlı rejimdə daxil olan sorğuların 48,8 faizi (10 161) bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 25,4 faizini (5297) məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 25,8 fazi (5377) isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.

Xəbər lenti

Xəbər lenti