...

Ermənilərin gələcəyi yoxdur – Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri

Cəmiyyət Materials 23 Oktyabr 2010 09:00 (UTC +04:00)
Yerevanda Holokost qurbanlarına qoyulan abidənin təhqir edilməsi bir daha sübut edir ki, ermənilər digər xalqlarla yanaşı yaşaya bilmirlər.
Ermənilərin gələcəyi yoxdur – Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Ü.Sadıxova/

Yerevanda Holokost qurbanlarına qoyulan abidənin təhqir edilməsi bir daha sübut edir ki, ermənilər digər xalqlarla yanaşı yaşaya bilmirlər. Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Semen İxiilov belə hesab edir.

Bu həftə Ermənistan paytaxtında naməlum şəxslər Holokost qurbanlarına qoyulan abidənin üzərini qırmızı boya ilə nasizmin simvolu - svastikanı çəkiblər və erməni dilində "Cuhudlara ölüm" yazıblar.

Bu, Holokost qurbanlarının abidəsinin təhqir olunması il bağlı birinci hal deyil. 2006-cı ildə abidə qoyulmamışdan əvvəl onun yerində dəfələrlə təhqir obyektinə çevrilən Holokost qurbanlarının daş abidəsi olub.

Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri hesab edir ki, abidə və müqəddəs yerlərin sökülməsi, ermənilən işğal olunmuş Azərbaycan ərazilərində törətdiklərini nəzərə alaraq, erməni xalqına özünəməxsus olan bir şeydir.

"Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün abidələr məhv edilərək yandırılıb. Bütün bunlardan sonra bu xalqdan nə gözləmək olar? Belə əməllər beynəlxalq arenada ifşa edilməlidir", - İxiilov Trend-ə bildirib və əlavə edib ki, ermənilərin bundan sonra dünya ölkələrindən yalançı "erməni soyqırımı" faktını tanımağı tələb etməyə haqqı yoxdur.

"Onlar belə vəhşilik aktını törətməyə qadirdirlərsə, onda nəyə görə dünya ictimaiyyətindən "soyqırım"ın tanınmasını tələb edirlər? İndiyədək ermənilər layiq olmadıqları maliyyə yardımını alırlar [ABŞ-dan]", - icma rəhbəri qeyd edib.

İxiilovun sözlərinə görə, ermənilər tarixi abidələri məhv etməklə, tarixi keçmişi silirlər.

"Ermənilərin gələcəyi yoxdur. Çünki keçmişi məhv etməklə, yaşamaq olmaz. Ermənilər unudublar ki, işğal olunmuş Azərbaycan torpaqlarında yaşayırlar", - İxiilov vurğulayıb.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" törədib. Dünya ölkələrində təbliğatı gücləndirən ermənilər bəzi dövlətlərin parlamentləri tərəfindən qondarma "erməni soyqırımı"nın tanınmasına nail olublar. Martda ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin iclasında qondarma "erməni soyqırımı" haqqında qərar qəbul edilib. Analoji qərar bir qədər sonra İsveç parlamentinin Xarici işlər komitəsi tərəfindən də qəbul edilib.

Xəbər lenti

Xəbər lenti