Azərbaycan, Bakı, 2 dekabr /Trend/
Futbol üzrə dünya çempionatı 2018-ci ildə Rusiyada, 2022-ci ildə isə Qətərdə keçiriləcək. Məlumatı "Vesti" telekanalı yayıb.
Bu barədə qərar cümə axşamı FİFA İcraiyyə Komitəsinin üzvləri tərəfindən Sürixdə FİFA-nın mənzil qərargahında keçirilən səsvermənin yekunları üzrə qəbul edilib. Yekunları FİFA-nın prezidenti Yozef Blatter elan edib.
2014-cü ildə dünya çempionatı Braziliyada keçiriləcək.