...

Türk dünyası dünya siyasətinə istiqamətlənən təsirli mövqeyə sahib çıxmaq üçün lazım olan potensiala malikdir - deputat

Cəmiyyət Materials 7 Dekabr 2010 17:25 (UTC +04:00)
Türk dünyası dünya siyasətinə istiqamətlənən təsirli mövqeyə sahib çıxmaq üçün lazım olan potensiala malikdir.
Türk dünyası dünya siyasətinə istiqamətlənən təsirli mövqeyə sahib çıxmaq üçün lazım olan potensiala malikdir - deputat

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir M.Əliyev/

Türk dünyası dünya siyasətinə istiqamətlənən təsirli mövqeyə sahib çıxmaq üçün lazım olan potensiala malikdir. Bu fikri Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələrindən olan "Milli" qəzetinə müsahibəsində millət vəkili Qənirə Paşayeva bildirib.

Paşayeva müsahibəsində bu potensiala uyğun olaraq hər bir türk insanının, türk dövlət və toplumlarının qarşısında duran vəzifələrdən söz açıb, öz fikir və mülahizələrini bölüşüb.

Azərbaycanlı millət vəkili Sovet İttifaqının dağılması, Türk dünyasının yaxın keçmişi, Türk dünyasının ağrılı problemləri, xüsusilə də Azərbaycan torpaqlarının işğalı faktı, bu faktın doğurduğu nəticələrlə bağlı ətraflı danışaraq, Xocalı soyqırımı, qaçqın və məcburi köçkün soydaşlarımızın aqibətindən söz açıb.

Qənirə Paşayeva Azərbaycan insanının Türk dünyasından gözləntiləri barədə fikirlərini bölüşərkən, eyni zamanda, Azərbaycanın türk birliyinə bugünədək verdiyi və verməkdə olduğu böyük töhfələri də faktların dili ilə açıqlayıb. O, Türk dünyasının sabahı, həmin arzulanan sabaha yetişmək üçün atılmalı olan addımları təhlil edib.

Xəbər lenti

Xəbər lenti