Azərbaycan, Bakı, 10 dekabr /Trend/
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia cümə günü 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Azərbaycanın hüquq müdafiəçiləri ilə görüşüb. Bu barədə Aİ-nin məlumatında deyilir.
Görüşdə qeyd edilib ki, Avropa İttifaqı bütün dünyada insan hüquqlarının təşviqi və müdafiəsi işinə sadiqliyini vurğulayır.
Azərbaycandakı fəaliyyət və ölkədə insan hüquqları ilə bağlı vəziyyət yekunlaşdırılıb, eləcə də gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
İnsan hüquqları haqqında bir neçə qısametrajlı film də göstərilib.