...

Rumıniya-Amerikan Universitetində Azərbaycanla bağlı konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2010 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir T.Hacıyev/

Dekabrın 13-də Buxarestdəki Rumın-Amerikan Universitetində (RAU) Azərbaycana həsr olunmuş konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin çərşənbə axşamı yaydığı məlumata görə, tədbir universitet rəhbərliyinin, Buxarest Yazıçılar Assosiasiyasının, Azərbaycanın Rumıniyadakı səfirliyinin və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə təşkil olunub.

Tədbirdən əvvəl RAU-nun rektoru, doktor Ovidiu Folkut (Ovidiu Folcut) ilə Buxarest Yazıçılar Assosiasiyasının sədri, doktor H.Qırbya, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri İqbal Hacıyev və səfirliyin humanitar məsələlər üzrə attaşesi Fəxri Kərimli arasında görüş olub.

Görüş zamanı O.Folkut Azərbaycan haqqında belə bir tədbirin keçirilməsinə çoxdan hazırlaşdıqlarını, bu işdə həmin ali məktəbin müəllimi olan Şerban Corceskunun böyük əməyinin olduğunu bildirib. O, həmçinin başçılıq etdiyi universitet ilə Azərbaycandakı ali məktəblər arasında əməkdaşlıq əlaqələrinin qurulması, gələcəkdə RAU-da təhsil almaq üçün Azərbaycandan tələbələrin cəlb olunması kimi layihələri həyata keçirmək niyyətində olduqlarını qeyd edib.

Soydaşlarımız bildiriblər ki, RAU kimi nüfuzlu ali məktəbdə Azərbaycana dair ilk tədbirin keçirilməsi olduqca müsbət hal kimi qiymətləndirilməlidir və Azərbaycan tərəfi perspektivdə bu universitet ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır. Söhbət zamanı universitetdə ənənəvi olaraq təşkil olunan tələbələrlə əcnəbi diplomatların görüşü layihəsi çərçivəsində Azərbaycan Respublikasının Rumıniyadakı səfirinin bu ali məktəbə dəvət olunması barədə ilkin razılıq əldə olunub.

Universitetin konfrans salonunda keçirilən tədbirdə Buxarest Yazıçılar Assosiasiyasının sədri, doktor Horia Qırbya Azərbaycan haqqında təəssüratlarını bölüşüb, ölkəmizə aid əlamətdar məqamları özündə ehtiva edən və şəxsən özünün müəllifi olduğu fotosərgini nümayiş etdirib. Qırbya Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrindən bəhs edib və XX əsrin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsi zamanı erməni silahlı qüvvələrinin törətdiyi vəhşilikləri xüsusilə vurğulayıb. Rumın yazıçısı 20 Yanvar hadisələri, azərbaycanlıların soyqırımı və Quba kütləvi məzarlığı haqqında da ətraflı məlumat verib.

Qırbya qeyd edib ki, xristianlığın dövlət dini elan edildiyi ilk ölkə Ermənistan deyil və Azərbaycanda daha erkən dövrlərə aid xristian abidələrinin aşkar edilməsi bu faktı bir daha sübut edir. Konfransın sonunda Folkut, Qırbya, Hacıyev və Kərimli Azərbaycanla bağlı, o cümlədən Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin kökləri və Azərbaycan dövlətinin problemin həllinə dair mövqeyi ilə bağlı sualları cavablandırıblar.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linklərdir

http://az.trend.az/news/society/1797112.html

http://az.trend.az/news/society/1796466.html

http://az.trend.az/news/society/1792819.html

http://az.trend.az/news/society/1792399.html

http://az.trend.az/news/society/1791727.html

http://az.trend.az/news/politics/1790948.html

http://az.trend.az/news/politics/1790940.html

http://az.trend.az/news/society/1789601.html

http://az.trend.az/news/politics/1789658.html

http://az.trend.az/news/society/1789485.html

http://az.trend.az/news/society/1789065.html

http://az.trend.az/news/society/1788841.html

http://az.trend.az/news/society/1788636.html

http://az.trend.az/news/society/1787633.html

http://az.trend.az/news/society/1787048.html

http://az.trend.az/news/politics/1786989.html

http://az.trend.az/news/society/1786099.html

http://az.trend.az/news/politics/1786011.html

http://az.trend.az/news/society/1785422.html

http://az.trend.az/news/society/1785378.html

http://az.trend.az/news/politics/1785342.html

http://az.trend.az/news/society/1784463.html

http://az.trend.az/news/society/1784555.html

http://az.trend.az/news/society/1783636.html

http://az.trend.az/news/society/1782698.html

http://az.trend.az/news/society/1780194.html

http://az.trend.az/news/karabakh/1780129.html

http://az.trend.az/news/society/1780114.html

http://az.trend.az/news/politics/1779698.html

http://az.trend.az/capital/energy/1779708.html

http://az.trend.az/news/society/1775315.html

http://az.trend.az/news/karabakh/1771475.html

http://az.trend.az/news/society/1771449.html

http://az.trend.az/news/politics/1771264.html

http://az.trend.az/news/politics/1771281.html

http://az.trend.az/news/society/1770126.html

http://az.trend.az/news/society/1769966.html

http://az.trend.az/news/politics/1768183.html

http://az.trend.az/news/karabakh/1763854.html

http://az.trend.az/news/society/1767513.html

http://az.trend.az/news/society/1767208.html

http://az.trend.az/news/society/diaspora/1766801.html

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti