...

Azərbaycanda təbii fəlakətlərin fəsadlarının qarşısını almaq üçün dövlət proqramı hazırlanacaq – nazir

Cəmiyyət Materials 16 Dekabr 2010 15:50 (UTC +04:00)
Azərbaycanda təbii fəlakətlərin fəsadlarının qarşısını almaq üçün dövlət proqramı hazırlanacaq.
Azərbaycanda təbii fəlakətlərin fəsadlarının qarşısını almaq üçün dövlət proqramı hazırlanacaq – nazir

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda təbii fəlakətlərin fəsadlarının qarşısını almaq üçün dövlət proqramı hazırlanacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Onun sözlərinə görə, proqramda bəndlərin bərkitmə işləri, su ötürücülərinin, kollektorların yenidən bərpası nəzərdə tutulacaq.

Nazir qeyd edib ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən, su anbarlarının, hidroqurğuların, su ötürücülərinin vəziyyətinin təhlili aparılır.

Niderlandın iki şirkəti ilə bu işlərin görülməsi üçün müqavilə imzalanıb və yaxın müddətdə onlar öz təkliflərini təqdim edəcəklər.

Xəbər lenti

Xəbər lenti