...

Bakıda QİDS-lə mübarizə üçün maarifləndirici aksiya keçirilib

Cəmiyyət Materials 1 Dekabr 2010 12:00 (UTC +04:00)
Media İşçi Qrupu (AEGEE) 1 dekabr dünyada QİDS-lə mübarizə günü ilə bağlı çərşənbə günü Bakı şəhərinin müxtəlif yerlərində gənclər üçün “Maariflən ki, yaşayasan” şuarı altında maarifləndirici aksiya keçirib.
Bakıda QİDS-lə mübarizə üçün maarifləndirici aksiya keçirilib

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir M.Əliyev/

Media İşçi Qrupu (AEGEE) 1 dekabr dünyada QİDS-lə mübarizə günü ilə bağlı çərşənbə günü Bakı şəhərinin müxtəlif yerlərində gənclər üçün "Maariflən ki, yaşayasan" şuarı altında maarifləndirici aksiya keçirib. Gənc Bakı şəhərinin sakinlərinə rəmzi qırmızı lent və broshurlar paylanıldı. Broshurda həmçinin gəncləri bir nəfər yaxın dost və ya tanışını maarifləndirməyə çağırılırdı. Statiskaya görə bugün QİDS-lə yoluxanların sayı dünyada 33 milyon, ölkəmizdə isə 1200 nəfərdən artıqdır. "Epidemiyanın gələn il 30 ildir ki yaranmasına baxmayaraq dünyada hələ də QİÇSe qarşı efektiv vaksin tapılmayib, - Afaq Əhmədova bildirib. AEGEE Media İşçi Qrupunun koordinatoru QİDS haqqında məlumatın insanlar əsasən də gənclər üçün əlçatan olmasının vacib olmasını qeyd etdi. Bunun üçün hər bir insana tez, pulsuz və anonim olaraq analizdən keçmək və ya mütəxəssisdən məsləhət almaq imkanı verilməlidir. Gənclər təşkilatı olaraq biz öz növbəmizdə istəyirik gəncləri təkcə maarifləndirmək deyil, həm də maarifləndirmə işinin davamçıları kimi öyrədək. AEGEE-nin Prezidenti Tamerlan Məmmədov Azərbaycanın digər şəhərlərində də bu kimi aksiyaların keçirilməsi üçün reqionlarda yerli gənc və tələbə təşkilatları ilə əməkdaşlıq üçün əlaqələrin qurulmasına çalışdığlarını qeyd etdi.

Xəbər lenti

Xəbər lenti