...

Bakı şəhəri üzrə Təhsil İdarəsi yuxarı sinif şagirdləri üçün məktəbli geyimini müəyyən edib

Cəmiyyət Materials 10 Yanvar 2011 18:10 (UTC +04:00)
Bu günlərdə paytaxt məktəblərinin 7-11-ci sinif şagirdləri üçün məktəbli geyimi nümunəsinin təqdimatı olacaq. Bu barədə Trend-ə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bakı şəhəri üzrə Təhsil İdarəsi yuxarı sinif şagirdləri üçün məktəbli geyimini müəyyən edib

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir Z.Əhmədova/

Bu günlərdə paytaxt məktəblərinin 7-11-ci sinif şagirdləri üçün məktəbli geyimi nümunəsinin təqdimatı olacaq. Bu barədə Trend-ə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"Yeni dərs ilindən Bakı məktəblərinin bütün şagirdləri vahid məktəbli geyiminə keçəcək", - idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib.

2010-cu ildə şəhər məktəblərinin 1-4-cü sinif şagirdləri üçün vahid məktəbli geyimi tətbiq olunub.

"Yeni dərs ilindən 1-6-cı sinif şagirdləri 2010-cu ildə idarənin tətbiq etdiyi məktəbli geyiminə, 7-11-ci sinif şagirdləri isə Azərbaycan Valideyn-Müəllim Assosiasiyasının müəyyən etdiyi yeni məktəbli geyiminə keçəcəklər", - Əliqızı bildirib.

Xəbər lenti

Xəbər lenti