...

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində korrupsiyaya qarşı işlər aparılır

Cəmiyyət Materials 7 Fevral 2011 18:07 (UTC +04:00)
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində korrupsiyayla mübarizə sahəsində bir sıra işlər həyata keçirilir. Trend-in nazirliyin İnternet saytına istinadən verdiyi məlumata görə, korrupsiyayla mübarizə məsələsi fevralın 7-də MSN-in struktur bölmə, birlik, müəssisə və idarə rəhbərlərinin iştirakı ilə geniş şəkildə müzakirə edilib.
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində korrupsiyaya qarşı işlər aparılır

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində korrupsiyayla mübarizə sahəsində bir sıra işlər həyata keçirilir. Trend-in nazirliyin İnternet saytına istinadən verdiyi məlumata görə, korrupsiyayla mübarizə məsələsi fevralın 7-də MSN-in struktur bölmə, birlik, müəssisə və idarə rəhbərlərinin iştirakı ilə geniş şəkildə müzakirə edilib.

İclas Prezident İlham Əliyevin tapşırığına əsasən, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə yanvarın 27-də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın keçirdiyi iclasda verilmiş tapşırıqlar əsasında həyata keçirilib.

Nazir Yavər Camalov Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən müzakirə olunan məsələləri müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Nazir bildirib ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın müddəaları, onun həyata keçirilməsi ilə bağlı 2007- 2011-ci illər üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası Müdafiə Sənayesi Nazirliyi tərəfindən daima nəzarətdə saxlanılır. Nazirlikdə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi istiqamətində korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması üzrə tədbirlər planında nəzərdə tutulan işlərin həyata keçirilməsi, hüquqpozma törədən əməkdaşların müəyyən edilərək cəzalandırılması üçün daxili nəzarət gücləndirilib, qabaqlayıcı tədbirlər görülüb. Nazirliyin aparatında, eləcə də tabeli birlik və müəssisələrdə mütəmadi olaraq korrursiyanın mahiyyəti, səbəbləri və onun doğurduğu təhlükələr haqqında marifləndirmə işi həyata keçirilib, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciət, ərizə və şikayətlərə baxılıb, yerində araşdırma aparılıb və müvafiq qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Geniş müzakirələr zamanı nazir Camalov korrupsiya doğura biləcək məqamlara diqqət yetirməyin vacibliyini vurğulayıb və bu məsələlərə hər bir işçinin ciddi yanaşmalı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti