...

Türkiyədə yaşayan azərbaycanlıların birinci qurultayı keçiriləcək

Cəmiyyət Materials 10 Fevral 2011 11:41 (UTC +04:00)
Türkiyənin İzmir şəhərində 23-24 apreldə Türkiyədə yaşayan azərbaycanlıların birinci qurultayı keçiriləcək. Bu barədə Trend-ə cümə axşamı "Canaz" telekanalının həmtəsisçisi Camal Məhmətxanoğlu bildirib.
Türkiyədə yaşayan azərbaycanlıların birinci qurultayı keçiriləcək

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir M.Əliyev/

Türkiyənin İzmir şəhərində 23-24 apreldə Türkiyədə yaşayan azərbaycanlıların birinci qurultayı keçiriləcək. Bu barədə Trend-ə cümə axşamı "Canaz" telekanalının həmtəsisçisi Camal Məhmətxanoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyədə Yaşayan Azərbaycan Türklərinin I Qurultayında Türkiyədə yaşayan azərbaycanlıların birliyinin təmin olunması və gücünün ortaya qoyula bilməsi, həmçinin onların dünya üzrə yaşayan həmvətənlərimizlə əlaqələrinin sıx qurulması müzakirə olunacaq.

Qurultayın ana xəttini Anadoluda, Azərbaycanda ermənilərin son 100 ildə törətdiyi qətliamların müzakirəsi təşkil edəcək.

Tədbirə dəvət olunanların içərisində ötən əsrin əvvəllərində Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasında xidmətləri olmuş şəxslərin nəvələri də yer alır.

Qeyri-rəsmi məlumata görə, Türkiyədə bir milyona yaxın azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti