...

Azərbaycanda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə keçirilən yazı müsabiqəsinin qalibləri müəyyənləşib

Cəmiyyət Materials 10 Fevral 2011 14:48 (UTC +04:00)
Bu gün Azərbaycanın "Kaspi" qəzeti Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi və vətənpərvərlik mövzusunun kütləviləşdirilməsi məqsədilə keçirdiyi yazı müsabiqəsinin qaliblərinin adlarını açıqlayıb.
Azərbaycanda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə keçirilən yazı müsabiqəsinin qalibləri müəyyənləşib

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir M.Əliyev/

Bu gün Azərbaycanın "Kaspi" qəzeti Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi və vətənpərvərlik mövzusunun kütləviləşdirilməsi məqsədilə keçirdiyi yazı müsabiqəsinin qaliblərinin adlarını açıqlayıb.

Tədbirdə çıxış edən "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, vətənpərvərlik bizim gündəlik həyatımızın əsas mövzusuna çevrilməlidir. Onun sözlərinə görə, Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsinə xidmət edən müsabiqə ölkəmizdə gənc nəslin tərbiyəsində də mühüm rol oynayacaq.

Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, ölkə müharibə şəraitində olanda mətbuat öz missiyasını genişləndirir, təbliğatçılıq missiyasını da öz üzərinə götürür.

Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli tədbir zamanı "Kaspi" qəzetinin təşəbbüsünü müsbət qiymətləndirərək bildirib ki, qəzetlərin belə ümummilli məsələləri diqqətə alması mühüm hadisədir.

Mərasimdə qeyd olunub ki, 2010-cu il sentyabrın 6-da elan olunan müsabiqə üçün əsərlərin qəbulu üç aydan artıq davam edib və dekabrın 31-də başa çatıb. Müsabiqəyə ümumilikdə 86 yazı təqdim olunub. Birinci yerin sahibi üçün 1000, ikinci yer üçün 500, üçüncü yer üçün isə 300 manat mükafat nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti