...

Astanada 11 "donuz qripi"nə yoluxma faktı qeydə alınıb

Cəmiyyət Materials 11 Fevral 2011 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Astanada son dörd ay ərzində 11 "donuz qripi" - A/H1N1 virusuna yoluxma faktı qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə "Kazakhstan Today" məlumat verib.

Paytaxtın Sanitar-Epidemioloji Nəzarət Departamentinin direktoru Jandarbek Bekşinin sözlərinə görə, son dörd ay ərzində Astanada 11 "donuz qripi"nə yoluxma halına rast gəlinib. Bu dövr ərzində ümumilikdə 87 qrip halı qeydə alınıb, "Kanal 7" məlumat verib.

Ekspertlərin fikrincə, Qazaxıstanda А/H1N1 qripi artıq "adət halını almış" xəstəliklər sırasına daxildir. Qeyd edilir ki, Astanaya qripi əsasən Qərbi Avropadan gətirirlər.

Mütəxəssislər bildirirlər ki, paytaxt mümkün yoluxmalara hazırdır. Bunun üçün "Tamiflyu" dərmanının beş min dozası və 70 min "donuz qripi" vaksini alınıb.

Xəbər lenti

Xəbər lenti