...

Rusiya Azərbaycana "Pələng" zirehli maşınlarının istehsalının təşkilini təklif edib

Cəmiyyət Materials 24 Fevral 2011 11:52 (UTC +04:00)
"Rosoboroneksport" şirkəti Azərbaycana ölkə ərazisində "Pələng" zirehli maşınlarının lisenziyalı istehsalının təşkilini təklif edib.
Rusiya Azərbaycana "Pələng" zirehli maşınlarının istehsalının təşkilini təklif edib

"Rosoboroneksport" şirkəti Azərbaycana ölkə ərazisində "Pələng" zirehli maşınlarının lisenziyalı istehsalının təşkilini təklif edib. Trend-in məlumatına görə, bu barədə ARMS-TASS agentliyinə Əbu-Dabidə keçirilən "IDEX-2011" 10-cu beynəlxalq silah və hərbi texnika sərgidində Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Azad Məmmədov bildirib.

"Biz müasir hərbi texnikanın istehsalı sahəsində "Rosoboroneksport" şirkətindən bəzi maraqlı təkliflər almışıq. Bunlar, həmçinin Azərbaycan ərazisində "Pələng" zirehli maşınlarının (ZM) istehsalının təşkili layihəsidir. Biz onu almışıq və nəzərdən keçiririk", - Məmmədov deyib.

Onun sözlərinə görə, Rusiyanın hərbi-sənaye şirkətinin nümayəndələri dəfələrlə təkliflərlə Azərbaycanda olublar.

Mütəxəssis qeyd edib ki, respublikadakı müdafiə sənayesi kompleksinin zavodları "Pələng"lərin buraxılışını təmin edə bilərlər.

"Bizim artıq Cənubi Afrika Respublikasının "Paramaunt" şirkəti ilə birgə "Marauder" minaəleyhinə maşınların lisenziyalı istehsalı sahəsində təcrübəmiz var. "Pələng" başqa sinifdən olan maşındır, lakin çox maraqlıdır", - mütəxəssis bildirib.

Onun sözlərinə görə, CAR ilə saziş çərçivəsində Azərbaycandakı müəssisə ölkənin müxtəlif güc strukturları üçün "Marauder" maşınlarının tədarükü üzrə sifarişləri yerinə yetirir.

"Bizim sifarişlərimiz var, artıq seriyalı istehsala başlamışıq", - Məmmədov qeyd edib.

Rusiyaya gəldikdə, ötən il tərəflər AK-74M Kalaşnikov modernləşdirilmiş avtomatların lisenziyalı istehsalının təşkili üzrə müqavilə imzalayıblar. Bu, artıq yerinə yetrilir və cari ildə ilk avtomatların buraxılışı gözlənilir.

Xəbər lenti

Xəbər lenti