...

Azərbaycanda jurnalistlər üçün tikiləcək bina iki ilə hazır olacaq

Cəmiyyət Materials 2 Mart 2011 15:18 (UTC +04:00)
Yaxın zamanda jurnalistlər üçün nəzərdə tutulan binanın təməlqoyma mərasimi baş tutacaq.
Azərbaycanda jurnalistlər üçün tikiləcək bina iki ilə hazır olacaq

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir M.Əliyev/

Yaxın zamanda jurnalistlər üçün nəzərdə tutulan binanın təməlqoyma mərasimi baş tutacaq. Trend-in məlumatına görə, bunu "Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda keçirilən beynəlxalq konfrans zamanı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib.

Onun sözlərinə görə, binanın tikintisi iki il ərzində başa çatacaq.

"Mənzillər jurnalistlərə təmirli şəkildə təhvil veriləcək", - Səfərli bildirib.

Mənzil sahibi olacaq jurnalistlərin seçimi barədə məlumat verən Fond sədri bildirib ki, jurnalistlərin namizədliyi xüsusi komissiya tərəfindən müəyyənləşdiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5,0 (beş) milyon manat vəsait ayrılması qeyd olunur.

Xəbər lenti

Xəbər lenti