...

Küveytdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Cəmiyyət Materials 3 Mart 2011 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir A.Tağıyeva/

Mayın 9-13-də Küveytdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə müvafiq razılıq cümə axşamı əl-Küveytdə Azərbaycanın Küveytdəki səfəri Tural Rzayevin Küveytin Mədəniyyət Məsələləri üzrə Milli Şurasının baş katibi Əli əl-Yuhə ilə görüşündə əldə olunub. Məlumatı "Əlan" qəzeti yayıb.

Mədəniyyət günləri çərçivəsində təsviri incəsənət və fotoşəkil, xalçalar sərgisi təşkil olunacaq və Azərbaycan folkloru təqdim ediləcək.

Görüş zamanı iki ölkə arasında mədəni mübadilə və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Görüşdə səfir Rzayev baş katibə martın 14-21-də Azərbaycanda keçiriləcək beynəlxalq Muğam Festivalına dəvəti təqdim edib.

Xəbər lenti

Xəbər lenti