...

ABŞ elm və təhsil sahəsində Azərbaycanla əlaqələri genişləndirmək və möhkəmləndirmək fikrindədir - xüsusi elçi

Cəmiyyət Materials 10 Mart 2011 11:51 (UTC +04:00)
ABŞ elm və təhsil sahəsində Azərbaycanla əlaqələri genişləndirmək və möhkəmləndirmək fikrindədir.
ABŞ elm və təhsil sahəsində Azərbaycanla əlaqələri genişləndirmək və möhkəmləndirmək fikrindədir - xüsusi elçi

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir E.İsmayılov/

ABŞ elm və təhsil sahəsində Azərbaycanla əlaqələri genişləndirmək və möhkəmləndirmək fikrindədir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ABŞ-ın elmi məsələlər üzrə xüsusi elçisi Elis Qast məlumat verib.

Onun sözlərinə görə, Azərbaycana səfərində əsas məqsəd elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsidir.

ABŞ-ın xüsusi elçisi cümə axşamı Səngəçal terminalında BP-nin Xəzər Enerji Mərkəzinə baş çəkib.

Qastın sözlərinə görə, ilk növbədə iki ölkə arsında tələbə mübadiləsi proqramı davam etdiriləcək. Eləcə də departamentlər, ali məktəblərin şöbə və kafedraları arasında əməkdaşlıq genişləndirilməlidir.

Onun sözlərinə görə, energetika, ətraf mühitin mühafizəsi və yeni texnologiyalar sahəsində əməkdaşlıq proqramları da davam etdiriləcək.

Qast Azərbaycan hökumətinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi və təhsil metodlarının təkmilləşdirilməsi üzrə səylərini də müsbət qiymətləndirib.

Xüsusi elçinin Azərbaycana martın 8-dən başlayan və ayın 11-dək davam edəcək səfəri ABŞ Prezidenti Barak Obamanın elm və təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsi təşəbbüsü çərçivəsində həyata keçirilir.

Elm məsələləri üzrə səfirin proqramı elm və texnika sahəsində qlobal qarşılıqlı fəaliyyət üzrə ABŞ Administrasiyasının öhdəliklərinin əsas elementidir.

Qast səfəri zamanı nazirlərlə, yüksəkrütbəli rəsmilərlə, elmi mühitin, təhsil sahəsinin, kommersiya və biznes cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək. Görüşlərdə energetika, informasiya texnologiyaları üzrə əməkdaşlıq və təhsil sahəsində tərəfdaşlığın istiqamətləri müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti