...

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 65 əcnəbi məsuliyyətə cəlb olunub

Cəmiyyət Materials 16 Mart 2011 11:20 (UTC +04:00)
Azərbaycanda ötən il narkotiklərin qanunsuz dövriyyəsinə görə 65 əcnəbi məsuliyyətə cəlb olunub.
Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 65 əcnəbi məsuliyyətə cəlb olunub

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ötən il narkotiklərin qanunsuz dövriyyəsinə görə 65 əcnəbi məsuliyyətə cəlb olunub.

Narkomanlığa və Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, məsuliyyətə cəlb olunan əcnəbilərdən 30-u İran, 17-si Rusiya, 17-si Gürcüstan, 1-i Ukrayna vətəndaşıdır.

Komissiyanın məlumatına görə, ötən il hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 3197 cinayət faktı qeydə alınıb, həmin cinayətlər üzrə 2 ton 400 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Cinayətlər üzrə 2604 nəfər məsuliyyətə cəlb olunub. Cinayətlərin 1115-i narkotik vasitələrin satışı, 1970-i saxlanması, 105-i əkini, 7-si digər faktlarla bağlı olub.

2009-cu illə müqayisədə cinayətlərin sayında 63 fakt, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarında isə 100 kq azalma müşahidə olunub.

Bu cinayətlər üzrə məsuliyyətə cəlb olunanların 405 nəfəri 26-29 yaş qruplarında olan gənclərdir. Məsiliyyətə cəlb olunanlardan 60-ı qadın, 2-si isə 18 yaşına çatmamış şəxsdir.

Ötən il 2353 nəfər narkoman qeydə alınıb. Ümumilikdə, ölkədə 25 min 489 nəfər narkoman kimi qeydiyyata alınıb. Onlardan 19 541 nəfəri dispanser qeydiyyatındadır. Narkomanlardan 6 nəfəri 18 yaşa qədər olanlar, 488 nəfəri qadınlardır.

Xəbər lenti

Xəbər lenti