...

İlham Əliyev İrlandiya Prezidentini təbrik edib

Cəmiyyət Materials 16 Mart 2011 18:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İrlandiya Prezidenti xanım Meri Makalisi təbrik edib. Məlumatı çərşənbə günü Prezidentin rəsmi saytı yayıb.
İlham Əliyev İrlandiya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İrlandiya Prezidenti xanım Meri Makalisi təbrik edib. Məlumatı çərşənbə günü Prezidentin rəsmi saytı yayıb.

" Ölkənizin milli bayramı - Müqəddəs Patrik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə İrlandiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Meri Makalisə möhkəm cansağlığı, işlərində uğurlar, dost İrlandiya xalqına sülh və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti