...

Azərbaycanda keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 17 Mart 2011 20:04 (UTC +04:00)
Trend-in məlumatına görə, Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, 7 istiqamət üzrə elan edilən müsabiqəyə ümumilikdə 71 jurnalist qatılıb. Onun sözlərinə görə, müsabiqədə 21 jurnalist mükafatlandırılıb.
Azərbaycanda keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 19:05-də yayılıb)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri cümə axşamı mükafatlandırılıb.

Trend-in məlumatına görə, Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, 7 istiqamət üzrə elan edilən müsabiqəyə ümumilikdə 71 jurnalist qatılıb. Onun sözlərinə görə, müsabiqədə 21 jurnalist mükafatlandırılıb.

Qalib jurnalistlərin hər birinə Fondun xüsusi diplomu təqdim olunub. Qaliblər həmçinin 1000 manat dəyərində pul mükafatı alacaqlar.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qalib jurnalistləri təbrik edib.

PA rəsmisi jurnalistlərə açıqlamasında deyib ki, müsabiqənin keçirilməsi və jurnalistlərin mükafatlandırılması media sahəsində inkişafı stimullaşdıran həvəsləndirici addımdır. Son müsabiqə də bu istiqamətə yönəldilmiş addımdır.

"Ən layiqli yazılar mükafatlandırılıb. Dövlət Azərbaycan mediasının inkişafında maraqlıdır. Bu sahəyə dəstək verilir və bundan sonra da veriləcək", - Həsənov deyib.

Xəbər lenti

Xəbər lenti