...

1918-1920-ci illərdə ermənilərin həyata keçirdiyi soyqırım aktları ilə bağlı yeni sənədlər aşkarlanıb - AMEA Tarix İnstitutunun direktoru

Cəmiyyət Materials 30 Mart 2011 12:58 (UTC +04:00)
Ermənilərin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımla bağlı yeni sənədlər aşkarlanıb.
1918-1920-ci illərdə ermənilərin həyata keçirdiyi soyqırım aktları ilə bağlı yeni sənədlər aşkarlanıb - AMEA Tarix İnstitutunun direktoru

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir T.Hacıyev/

Ermənilərin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımla bağlı yeni sənədlər aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalitlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitunun direktoru Yaqub Mahmudov bildirib.

"Akademiyanın Tarix İnstitutu və Baş Prokurorluqla birgə elmi istintaq araşdırma qrupu yaradılıb. Qrup keçən ilin may ayından etibarən işləyir və nəticələr də ortadadır. Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı həyata keçirilən soyqırımın başlandığı gündən Xocalı soyqırımına qədər bütün materialları elmi əsaslarla hazırlayıb, istintaq araşdırmaları aparıb, hüquqi sənəd şəklində bütün dünyaya yayaq və beynəlxalq Haaqa məhkəməsinə verməklə erməni faşizmini ifşa edək", - Mahmudov əlavə edib.

O hesab edir ki, bu işlər çoxdan görülməli idi.

"Təklif etmişəm ki, Xocalı soyqırımının şahidləri dünyadan köçməmiş hüquqi sənəd hazırlayıb dünyaya yayaq. İndi isə Baş Prokurorluqla razılıq əldə etmişik. Bütün bu məsələləri elmi əsaslarla biz hazırlayırıq, onlar isə istintaq araşdırmaları aparırlar. Bu gün bizim elmimizlə hüquq sistemimiz birləşir. İnanıram ki, erməni faşizmini ifşa edə biləcəyik", - Mahmudov qeyd edib.

Onun sözlərinə görə, Akademiyanın Tarix İnstitutunun elmi işçiləri müxtəlif ölkələrin arxivlərində araşdırma aparmaq məqsədilə ezamiyyətə göndərilib və yeni faktlar ortaya çıxarılıb.

"Təkcə Şaumyan hökümətinin apardığı soyqırım hərəkətləri deyil, İravan şəhərində də azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım aktları ilə bağlı sənədlər aşkarlanıb", - Mahmudov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti