...

Azərbaycanda internetdə müəllif hüquqları təmin olunacaq

Cəmiyyət Materials 12 Aprel 2011 14:06 (UTC +04:00)
Bu il Azərbaycanın Müəllif Hüquqları Agentliyində internetdə müəllif hüquqlarının təmin olunması üzrə mərkəz işə başlayacaq. Bu barədə Trend-ə agentliyin direktoru Kamran İmanov məlumat verib.
Azərbaycanda internetdə müəllif hüquqları təmin olunacaq

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir M.Əliyev/

Bu il Azərbaycanın Müəllif Hüquqları Agentliyində internetdə müəllif hüquqlarının təmin olunması üzrə mərkəz işə başlayacaq. Bu barədə Trend-ə agentliyin direktoru Kamran İmanov məlumat verib.

"İnternetdə rəqəmli müəllif hüquqlarını idarəetmə modeli agentlik tərəfindən Avropanın müvafiq strukturlarının dəstəyi ilə yaradılır", - İmanov bildirib.

Onun sözlərinə görə, mərkəzdəki müasir İT texnologiyaları vasitəsilə müəllif hüquqlarının idarə edilməsi təmin olunacaq.

İmanovun sözlərinə görə, hazırda materialların 95 faizi internetdə müəllif hüquqlarına riayət olunmadan yerləşdirilir.

"İnternetdə və digər rəqəmli vasitələrdə müəllif hüquqlarının pozulması ilə bağlı bütün faktların tam qarşısını almaq mümkün deyil, lakin biz onların minimuma qədər azaldılmasına nail olmaq niyyətindəyik", - agentliyin direktoru bildirib.

O, həmçinin bildirib ki, Azərbaycanda müəllif hüquqlarının təmin olunması üzrə zəruri qanunvericilik bazası da mövcuddur. "Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı 1996-cı ildə internetdə müəllif hüquqlarına dair müqavilə imzalayıb və Azərbaycandakı qanunvericilik bazası bu müqaviləyə uyğun təkmilləşdirilib", - İmanov bildirib.

Xəbər lenti

Xəbər lenti