...

Azərbaycanda ekoloji mövzuda yazan jurnalistlər arasında müsabiqə elan edilib

Cəmiyyət Materials 14 Aprel 2011 18:29 (UTC +04:00)
Azərbaycanda ekoloji mövzuda yazan jurnalistlər arasında müsabiqə elan edilib.
Azərbaycanda ekoloji mövzuda yazan jurnalistlər arasında müsabiqə elan edilib

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ekoloji mövzuda yazan jurnalistlər arasında müsabiqə elan edilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

ETSN Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə 5 iyun - Ümumdünya ətraf mühit günü ilə əlaqədar jurnalistlər arasında "Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək" layihəsi üzrə müsabiqə elan edib.

Müsabiqə 5 istiqamət üzrə keçirilir, hər istiqamətdə 3 mövzu təqdim olunub. Ümumilikdə 15 qalib müəyyənləşdiriləcək. Birinci yerin sahibinə 1000, ikinci yerə 800, üçüncü yerə isə 500 manat mükafat verilməsi planlaşdırılır. Bundan əlavə, 10 nəfərin hər birinə 300 manat məbləğində həvəsləndirici mükafat veriləcək.

Müsabiqə ilə bağlı yazılar aprelin 15-dən mayın 27-dək qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti