...

YAP ağacəkmə kampaniyası keçirib

Cəmiyyət Materials 23 Aprel 2011 11:34 (UTC +04:00)
Trend-in məlumatına görə, YAP Gənclər Birliyinin üzləri, partiyanın Milli Məclisdə təmsil olunan millət vəkillərinin aktiv iştirak etdiyi kampaniya zamanı 3 minədək ağac əkilib.
YAP ağacəkmə kampaniyası keçirib

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir T.Hacıyev/

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Bayıl yamacında ağacəkmə kampaniyası keçirilib.

Trend-in məlumatına görə, YAP Gənclər Birliyinin üzləri, partiyanın Milli Məclisdə təmsil olunan millət vəkillərinin aktiv iştirak etdiyi kampaniya zamanı 3 minədək ağac əkilib.

YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov jurnalistlərə bildirib ki, partiyanın təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində bu aksiyanın keçirilməsi ənənə halını alıb.

Bu ənənənin gələcəkdə də davam etdiriləcəyini deyən Əhmədov bildirib ki, ağacəkmə kampaniyası Bakının ekologiyasının yaxşılaşdırılmasına böyük bir töhfədir.

O, digər siyasi partiyaları təmsil edən gənclərə müraciət edərək dağıdıcılıq fəaliyyəti ilə məşğul olmaqdansa, ölkəmizin inkişafına xidmət edən bu qəbildən olan aksiyalarda yaxından iştirak etmələrini məsləhət görüb.

Ağacəkmə aksiyasında parlamentin vitse-spikeri Bahar Muradova da iştirak edib.

Xəbər lenti

Xəbər lenti