...

Azərbaycanda avtomobillərdəki müşahidə kameralarındakı görüntülər sübut kimi qiymətləndirilə bilməz - Dövlət Yol Polisi

Cəmiyyət Materials 28 Aprel 2011 13:07 (UTC +04:00)
Avtomobillərdə quraşdırılan müşahidə kameralarında qeydə alınan görüntülər sübut kimi qiymətləndirilə bilməz.
Azərbaycanda avtomobillərdəki müşahidə kameralarındakı görüntülər sübut kimi qiymətləndirilə bilməz - Dövlət Yol Polisi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Avtomobillərdə quraşdırılan müşahidə kameralarında qeydə alınan görüntülər sübut kimi qiymətləndirilə bilməz.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, müşahidə kameralarından istifadə etmək polisin qanuni fəaliyyətinə müdaxilə hesab olunur və "Polis haqqında" qanun buna icazə vermir.

"Yol polisinin hərəkətlərini kamera vasitəsilə qeydə almaq polisin fəaliyyətinə müdaxilədir. Yol polisi əməkdaşı ilə sürücü arasında hansısa pozuntu ilə bağlı yaranan mübahisəni yollarda quraşdırılmış kameraların qeydə aldığı görüntüləri araşdırmaqla aydınlaşdırmaq mümkündür", - şöbə rəisi deyib.

Əliyev bildirib ki, gələcəkdə qanunvericiliyə buna dair dəyişiklik edilərsə, yol polisi qanunun icrası ilə bağlı üzərinə düşən vəzifələri həyata keçirəcək.

Beynəlxalq təcrübədə (Rusiyada) müşahidə kameralarının qeydə aldığı görüntülər sübut kimi qəbul edilir. Yol polisi bu kameraların avtomobildə quraşdırılmasını dəstəkləyir və bunu polisin işinə kömək kimi dəyərləndirir. Sürücü müşahidə kamerasının qeydə aldığı görüntüləri yerindəcə polisə təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti